AZ

İslamabada qoşun yeridildi

Pakistanın Daxili İşlər Nazirliyi paytaxtda təhlükəsizliyi təmin etmək məqsədilə ordu hissələrinin İslamabada yeridildiyini açıqlayıb.

Bakıvaxtı.az “Geo TV” telekanalına istinadən xəbər verir ki, bu barədə qərar hazırda paytaxtda davam edən ümummilli etiraz aksiyası fonunda verilib. 

Telekanal bildirib ki, ölkə rəhbərliyi hərbçilərə təşviqatçılara və ictimai asayişi pozanlara qarşı qətiyyətli tədbirlər görmək səlahiyyəti verib. Bununla yanaşı, hərbçilərə ehtiyac olduğu halda şəhərin istənilən bölgəsində komendant saatı tətbiq etməyə icazə verilib. 

Aksiya iştirakçıları ilə polis arasında ilk qarşıdurma noyabrın 26-na keçən gecə baş verib. Bu zaman bir neçə etirazçı avtomobillərini polis əməkdaşlarının üzərinə sürüb. Nəticədə 4 nəfər həlak olub, daha 7 polis yaralanıb. 

Qeyd edək ki, noyabrın 24-də müxalif “Ədalət naminə hərəkat” partiyası ümümmilli etiraz aksiyasına başlayıb. Etirazçıların məqsədi federal hakimiyyəti öz tələblərini yerinə yetirməyə vadar etməkdir. Sözügedən bu tələblərə isə oktyabrda respublika konstitusiyasına edilən dəyişiklikləri ləğv etmək, fevralda baş tutmuş parlament seçkilərinin nəticələrinin yenidən nəzərdən keçirilməsi, partiyanın qurucusu və ölkənin keçmiş Baş naziri İmran Xan da daxil olmaqla siyasi məhbusların azad edilməsi daxildir.Qafqazinfo

Seçilən
13
4
bakivaxti.az

5Mənbələr