AZ

Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir

Xanım hərbçimiz rütbəsinin verilmədiyini iddia edir

Müdafiə Nazirliyinin hərbi qulluqçusu çavuş Ş.R-in anası Elmira Rəsulova qızına düşən hərbi rütbənin 3 ildir verilmədiyini iddia edir.“Qafqazinfo”ya müraciət edən ana qızının nazirliyə məxsus hərbi hissələrdən birində operator vəzifəsində çalışdığını və zabit kursunu müvəffəqiyyətlə başa vurduğunu qeyd edib.O, ixtisasca hüquqşünas olan qızının 3 ildir leytenant rütbəsi almalı olduğunu, lakin məlum olmayan səbəblərdən bunun yubadıldığını deyir: “Qızım ali təhsillidir və idmançıdır. Müdafiə nazirinin 2021-ci ildə verdiyi əmr və Kadrlar İdarəsinin rəisinin imzası ilə vurulmuş telefonoqramla 6 qadın hərbi qulluqçu 25.11.2021-ci il tarixdən 6 ay müddətinə Pakistanın Hərbi Akedemiyasına zabit kursuna göndərildilər. Telefonaqramda kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara leytenant hərbi rütbəsinin veriləcəyi qeyd edilməklə öhdəlik götürülüb. Həmin 6 qızdan 3 nəfəri geri qayıtdıqdan sonra onlara leytenant rütbəsi verilib. Qızım Ş.R. isə akademiyanı nəinki müvəffəqiyyətlə və yaxşı xasiyyətnamə ilə, hətta fərqlənmə medalı ilə bitirməsinə baxmayaraq ona rütbə verilməyib. Bu məsələ ilə bağlı 3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da, heç bir cavab verilmir”.

Seçilən
20
7
afn.az

10Mənbələr