Bakı. Trend:
Türkiyənin tanınmış futbol hakimi Cüneyt Çakır Bakıyagələcək.
Trend xəbər verir ki, hazırdaGürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədrivəzifəsində çalışan keçmiş referi “Qarabağ”ın avrokubok oyununatəyinat alıb.
O, Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsində BakıdaFransanın “Lion” komandasına qarşı keçirəcəyi V tur matçındahakim-inspektor funksiyasını yerinə yetirəcək. Görüşün UEFAnümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropulos olacaq.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına RespublikaStadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-dəbaşlayacaq.