AZ

Tramp bu üç ölkəyə əlavə gömrük vergisi tətbiq edəcək

ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Meksika, Kanada və Çindən gələn məhsullara əlavə gömrük rüsumu tətbiq edəcəklərini açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial media platformasında açıqlama verib.

Tramp sərhəd təhlükəsizliyini təmin etmək və ölkəyə narkotik, xüsusilə də fentanil ixracının qarşısını almaq üçün Meksika, Kanada və Çinə tətbiq edəcəyi tarifləri paylaşıb. O, minlərlə insanın Meksika və Kanadadan keçərək ölkəyə indiyədək heç vaxt görülməmiş səviyyədə “cinayət və narkotik” gətirdiyinə diqqət çəkib:

"Yanvarın 20-də verdiyim ilk sərəncamlardan biri olaraq, Meksika və Kanadadan ABŞ-a gələn bütün məhsullara 25 faiz rüsum tətbiq etmək üçün bütün lazımi sənədləri imzalayacağam. Bu tarif narkotiklər, xüsusilə fentanil və bütün qeyri-qanuni əcnəbilər ölkəmizə hücumu dayandırana qədər qüvvədə qalacaq".

Tramp ABŞ-a göndərilən külli miqdarda narkotiklə bağlı Çinlə çoxsaylı söhbətlər etdiyini bəyan edib:

Seçilən
11
12
publika.az

10Mənbələr