AZ

Milli Məclisdə müəllimlərin maaşlarının artırılması ilə bağlı təklif verildi

Bakı. Trend:

Elmi dərəcələrə görə verilən vəsait artırılmalıdır. Sonuncu dəfəbu məsələyə bir neçə il öncə baxılıb. Hazırda bu məbləğ fəlsəfədoktorları üçün 60, elmlər doktorları üçün 100 manatdır.

Trend xəbərverir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsininmüzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, nazirliyin verdiyi məlumata əsasən, buməsələ ilə bağlı yeni mexanizm tətbiq olunacaq.

“Əgər belə plan varsa sürətləndirilməsini, yoxsa vəsaitin az daolsa artırılmasını təklif edirəm”.

C.Məmmədov universitetlərdə müəllimlərin maaşlarına baxılmasını,universitetlərin tədqiqatyönlü fəaliyyətinin, maddi-texnikbazalarının gücləndirilməsi üçün ayrılan vəsaitin artırılmasını datəklif edib.

"Ümumilikdə, universitetlərin maliyyələşmə sisteminə yenidənbaxılmalıdır. Yeni məktəbəqədər və orta təhsil müəssisələrinininşası vacibdir. Əksər ərazilərdə ciddi sıxlıq var. Rəsmiaçıqlamalara əsasən, xərclərin optimallaşdırlması məqsədilətəxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır.Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eynizamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıbçıxaracaq".

Seçilən
47
7
az.trend.az

10Mənbələr