AZ

Azərbaycanda avtobus istehsalçılarının ƏDV-dən azad olunması nəzərdə tutulur

Bakı, TurkicWorld

Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də yerli avtobus istehsalçılarına vergi güzəştlərinin verilməsi ilə bağlıdır.

TurkicWorld xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, hətta 2023-cü ildən başlayaraq yerli istehsal olan minik avtomobillərinin satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması nəzərdə tutulur:

"Eyni zamanda, minik avtomobillərinin istehsalı ilə bağlı ehtiyyat hissələrinin idxalı da ƏDV-dən azaddır.
Bu kontekstdə ölkədə avtomobil sənayesinin inkişafına təkan vermək, həmçinin, "yaşıl iqtisadiyyat"a keçidin də bir növ dəstəklənməsi məqsədilə növbəti ildən yerli avtobus istehsalının da 8 il müddətinə ƏDV-dən azad olunması nəzərdə tutulur.

Eyni zamanda həmin istehsal məqsədləri üçün idxal olunacaq ehtiyyat hissələrinin də ƏDV-dən azad olunması layihəyə daxil edilib".

Seçilən
7
1
turkic.world

4Mənbələr