AZ

"Məktəblərin bağlanması kəndlərin boşalmasına səbəb olacaq" - Deputat

Milli Məclisin deputatı Ceyhun Məmmədov elmi dərəcələrə görə verilən vəsaitin artırılmasını təklif edib.

O deyib ki, hazırda bu məbləğ fəlsəfə doktorları üçün 60, elmlər doktorları üçün 100 manatdır: “Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, bu məsələ ilə bağlı yeni mexanizm tətbiq olunacaq. Əgər belə plan varsa, onun sürətləndirilməsini, yoxsa, vəsaitin az da olsa, artırılmasını təklif edirəm”.

“Əksər ərazilərdə məktəblərdə ciddi şagird sıxlığı müşahidə olunur. Rəsmi açıqlamalara əsasən xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. Düşünürəm məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”, - deputat əlavə edib(Report).

Seçilən
9
4
mia.az

10Mənbələr