AZ

Yol polisindən hərəkət iştirakçılarına MÜRACİƏT

Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması digər hərəkət iştirakçıları kimi piyadalar üçün bir sıra çətinliklər yaradır.

 

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Sfera.az-a məlumat verilib.

 

Qeyd olunub ki, yağışlı havada yolların sürüşkənliyi, məhdudiyyətli görmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol qəzalarının sayına əhəmiyyətli dərəcədə təsir göstərir:

 

“Əksər hallarda piyadaların qeyri-sabit hava şəraitini düzgün qiymətləndirməməsi, daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki, eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə üstünlük verməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır”.

 

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara da müraciət edib:

 

“Hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində yol hərəkəti qaydalarına sözsüz əməl etməyə, yuxarıda sadalanan xüsusatları nəzərə alaraq, piyadaları öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağa çağırırıq”.

 

Günay 
 

Seçilən
10
23
sfera.az

10Mənbələr