AZ

"Rotavirus insan üçün təhlükəli deyil" - Həkim

Bir neçə ay bundan əvvəl ölkəmizdə uşaqlar arasında rotavirus yayılmışdı. 

Geniş şəkildə yayılan infeksiya məktəblərdə və bağçalarda özünü biruzə verirdi. Üstəlik, uşaqlar arasında çox sürətlə yayılırdı. 

Bəs rotavirusun qış aylarında yenidən aktivləşməsi gözlənilir? Hazırda belə bir ehtimal var, yoxsa artıq bu təhlükə geridə qaldı?

Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlama verib. O bildirib ki, rotavirus ciddi bir virus deyil:

"Ümumiyyətlə, rotavirus Azərbaycanda həmişə olur. Bütün fəsillərdə və günlərdə insanlarda bu virusa rast gəlmək mümkündür. Yəni rotavirus elə bir ciddi narahatlıq yaratmır. Onun olması hansısa böyük təhlükədən xəbər vermir". 

363152

Həkim vurğulayıb ki, rotavirus insanlar üçün təhlükəli deyil:

"Düzdür, xəstəlik insan həyatı üçün təhlükədir. Bu, yüngül və ya ağır olmasından asılı olmayaraq belədir. Amma rotavirus koronavirus qədər təhlükəli deyil. Buna baxmayaraq, insanlarda çox rast gəlinən viruslardan biridir. Lakin yüngül xəstəlik hesab olunur. Hətta onun insan üçün ölüm riski yaratma ehtimalı həddindən artıq dərəcədə aşağıdır". 

Pərviz

Seçilən
18
hit.az

1Mənbələr