AZ

Putin MDB kəşfiyyat xidmətlərinə müraciət etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"MDB ölkələrinin kəşfiyyat xidmətlərinin konstruktiv qarşılıqlı əlaqəsi hazırkı geosiyasi gərginlik şəraitində xüsusilə vacibdir. Rusiya Prezidenti Vladimir Putin MDB üzv dövlətlərinin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin 20-ci iclasına müraciətində birlik daxilində və qonşu regionlarda sabitliyin pozulmasının qarşısının alınmasının xüsusilə vacib olduğunu qeyd edib".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu müraciəti Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin oxuyub.
O, Putinin bugünkü mürəkkəb geosiyasi şəraitdə konstruktiv qarşılıqlı əlaqənin vacibliyini xüsusilə vurğuladığını bildirib.
Rusiya prezidenti müraciətində qeyd edib ki, təhlükəsizliyin möhkəmləndirilməsi üçün kəşfiyyat xidmətləri təhdidləri öyrənməklə yanaşı, onların inkişafını proqnozlaşdırmalı, məlumat və iş təcrübəsi mübadiləsi aparmalıdırlar.
Narışkinin sözlərinə görə, Putin müşavirənin dövlətin və xalqın rifahı naminə tərəfdaşlığın dərinləşdirilməsində mühüm mərhələ olduğuna, əməkdaşlıq məkanında sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib və onu xüsusi xidmət orqanları xətti üzrə əməkdaşlığın dövrün çağırışlarına adekvat yeni forma və mexanizmlərini qurmaq üsulu adlandırıb.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru bildirib ki, MDB ölkələri gələn il birlikdə nasizm üzərində qələbəni qeyd edəndə Qərb ölkələri şok yaşayacaqlar.
Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov da yaranan təhlükəsizlik təhdidləri fonunda Avrasiya İqtisadi İttifaqının (Aİİ), perspektivdə isə BRICS-in maraqlarının qorunmasını təmin etmək üçün səyləri birləşdirməyi təklif edib.
Seçilən
26
41
oxu.az

10Mənbələr