"Gələn ilin yanvar ayından etibarən Bakının 20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xəttinin açılması nəzərdə tutulur".
E-saglam.az xəbər verir ki, belə bir məlumat sosial şəbəkədə yayımlanıb.
Məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda marşrut şəbəkəsi təhlil edilir.
"Bu istiqamətdə hər hansı yenilik olarsa, ictimaiyyətə əvvəlcədən məlumat veriləcək".
E-saglam.az