Lerikdə bir sıra yolların infrastruktur baxımdan yenidən qurulmasına və bərpasına ehtiyac var. Bunu deputat Vasif Qafarov deyib.
"Lerik dağlıq rayondur. Turizm potensialı yüksəkdir. Bəzi yolların təmirsiz olması turizm üçün problemlər yaradır. Bəzi yolların layihə smetası bir neçə il öncə hazırlansa da, icra olunmur. Bundan əvvəl 30 min əhalinin yaşağı yol dağılıb. Məlum olub ki, yolun inşası zamanı qaydalara riaət edilməyib. Yolun yenidən təmirinə qərar verilsə də bu iş hələ yarımçıq qalıb", - deputat noyabrın 26-da Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Gülnar Nazimqızı
www.anews.az