AZ

İsrail-Hizbullah danışıqlarında SON DƏQİQƏ! Bu gün ilkin atəşkəs razılaşması əldə oluna bilər...

 İsrail və Livan münasibətləri 14 ay əvvəl başlayan Qəzza müharibəsi ilə gərginləşdi və sonradan müharibə həddinə çatdı. Hazırda tərəflər minlərlə insanın ölümünə səbəb olan münaqişəyə son qoymağın yolunu tapmağa çalışırlar.

Sitat.info xəbər verir ki, İsraillə  Hizbullah silahlı qruplaşmasının liderləri atəşkəs razılaşması əldə etməyə hazırlaşırlar. 

Yüksək rütbəli İsrail rəsmisi və Livanın xarici işlər naziri Abdullah Bou Həbib Qəzzada döyüşən İsrail ordusu üçün ikinci cəbhəni ləğv etməyə hazırdırlar və razılığın əldə olunacağına nikbin baxırlar.

Bu gün baş nazir Benyamin Netanyahunun sədrliyi ilə İsrailin təhlükəsizlik kabinetinin  iclası keçiriləcək və mətni təsdiqləmək üçün toplaşacaqlar. 

Bu da ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makron tərəfindən atəşkəs bəyannaməsinə yol açacaq. 

  Livanın xarici işlər naziri Abdullah Bou Həbib də Qəzza müharibəsinin regionda ölümcül şəkildə yayılmasına son qoymaq üçün razılaşmanın çərşənbə axşamı  bağlana biləcəyinə ümid etdiyini bildirib.

Nərgiz,

Sitat.info 

Seçilən
6
1
sitat.info

2Mənbələr