AZ

İsrailə növbəti cavabımız təəccübləndirəcək - Bagiri

İsrailə növbəti cavabımız bu ölkə rəhbərlərinin təsəvvür etdiyindən fərqlidir və budəfəki cavab taktika, icra və tətbiq olunacaq silah növü baxımından təəccübləndirici olacaq.

Axar.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri deyib.

“Uzun illərdir ki, İranın müdafiə doktrinası düşmən təhdidlərinə sarsıdıcı və çəkindirici cavab vermək üzərində qurulub və İran ordusu istənilən səviyyəli təhlükə ilə mübarizə aparmağa hazırdır”, - o əlavə edib.

Qeyd edək ki, oktyabrın 26-da İsrail İrana hava zərbələri həyata keçirib.

Seçilən
20
axar.az

1Mənbələr