1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda məhkum həbsdə ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Bu ilin iyul ayında həbs edilən Yəhyabala Xalıqov cəzaçəkmə müəssisəsində xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Yəhyabala Xalıqov narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinib. Cinayət aləmində narkobaron kimi tanınan Y.Xalıqovdan külli miqdarda heroin və metamfetamin aşkar edilib.
Davam etdirilən əməliyyat tədbirləri zamanı onun yaşadığı evdən isə əlavə olaraq heroin, metamfetamin, tiryək, marixuana və metadon həbləri aşkar olunaraq götürülüb.