Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən müsadirə edilmiş 1,5 milyard avro gəlirin ikinci tranşından 1 milyard avronu Ukraynada hərbi istehsalın inkişafına sərf etməyi planlaşdırır.
"Valyuta.Az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders (Didier Reynders) Strasburqda Avropa Parlamenti sessiyasında çıxışı zamanı bildirib.
"Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin növbəti tranşından [1,5 milyard avro], Avropa Komissiyası Ukraynanın hərbi sənayesi üçün 1 milyard avro ayırmağı təklif edir", - deyə Reynders qeyd edib.
Rəhim