Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan son dövrlərdə gündəmə gətirilən İslamsız Türklük fikirlərinə sərt reaksiya verib. Paytaxt Ankarada Dəyanət İşləri İdarəsinin Konfrans Salonunda təşkil edilən 7-ci Din Şurasında çıxış edən Ərdoğan belə deyib: "İslam varsa, türk var, kürd var, ərəb var! İslam varsa, Türkiyə var!"
Türkiyə prezidenti rəqəmsal inanclar qarşısında müsəlmanların bütün dəyərləri ilə qoruna bilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Rəcəb Tayyib Ərdoğan bu ifadələri işlədib: "Coğrafiyamızdakı hər bir xalqın bünövrəsi İslamdır, onun bizə qazandırdığı qardaşlıq ruhudur. Xüsusilə türkləri, ərəbləri və kürdləri bir arada saxlayan ortaq dinimizdir. İslam varsa, bayraq var, vətən var, azadlıq var və hər şeydən əvvəl İslam varsa, Türkiyə var."