Dövlət qurumu, Publik Hüquqi Şəxs
Təchizat üzrə aparıcı mütəxəssis
Son tarix 26 dek 2024 - [email protected]
Stabil Əmək haqqı və əlavə olaraq il ərzində bir neçə dəfə mükafat almaq imkanı.
İş şəraiti:
- İş yeri: Bakı
- İş şəraiti: Standart- ofis
- İş rejimi: 5 günlük 09:00-18:00
Namizədə tələblər:
- Təhsil: Ali təhsil;
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il təcrübə.
Digər tələblər:
- Daxili və Xarici bazar,mövcud şirkətlər, mallar,xidmətlər və materiallar üzrə anlayışı;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
- Təchizat Zəncirinin İdarə olunmasına dair anlayışı;
- Yüksək araşdırma qabiliyyəti;
- Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dili arzuolunandır;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- MS Office proqramlarında (xüsusilə Excel proqramı üzrə) və 1 C üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Yerli və xarici bazar araşdırmasını aparmaq, bazarı izləmək;
- Tələb olunan predmet üzrə təsvirləri hazırlamaq, dəqiqləşdirmək, müqayisə etmək;
- Təchizatçılarla görüşləri keçirmək, danışıqları aparmaq;
- Satınalmaya dair sənədləri, işgüzar yazışmaları hazırlamaq,
- İşlərin “icra müddəti” üzrə öhdəliklərə ciddi riayət etmək,
- Sifarişləri müvafiq proqram təminatında yerləşdirmək və onları izləmək;
- Sifarişlərin statuslarını izləmək və vaxtı-vaxtında çatdırılmasını təşkil etmək.
Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Təchizat üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.