AZ

OPEK+ hasilat artımını 3-cü dəfə təxirə salmaqla bağlı müzakirələrə başlayıb

Əsas OPEC+ ölkələri yanvarda planlaşdırılan neft hasilatının artırılmasının təxirə salınmadı ilə bağlı müzakirələrə başlayıblar.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg nümayəndələrə istinadən yayıb.

Qeyd edək ki, Rusiya və Səudiyyə Ərəbistanının başçılıq etdiyi səkkiz OPEC+ üzvünün könüllü olaraq sutkada 2,2 milyon barel həcmində azalmaların bazara tədricən qaytarılmasını (180-200 min barel) artıq iki dəfə təxirə salıb.

Agentliyin məlumatına görə, ölkələr bazar konyukturasının yanvar ayından hasilatın artırılmasına imkan verəcəyinə şübhə edir və bu planları bir neçə ay təxirə sala bilərlər.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin, eləcə də Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, bu gün Rusiya baş nazirinin müavini Aleksandr Novak Bağdada işgüzar səfər edib və burada Səudiyyə Ərəbistanının enerji, şahzadə Əbdüləziz bin Salman Əl Səud və İraqın energetika naziri Ziyad Əli Fadhel üçtərəfli görüş keçirib. Görüşə dair birgə bəyanatda deyilir: “Görüş iştirakçıları qlobal neft bazarlarında sabitliyin və tarazlığın qorunmasının vacibliyini, bu baxımdan OPEC+ qrupunun oynadığı mühüm rolu qeyd etdilər, həmçinin OPEC+ ölkələri arasında əməkdaşlığın vacibliyini və onların sazişə və könüllü hasilata tam sadiqliyini vurğuladılar”.

OPEC+ ölkələrinin bütün nazirlərinin görüşünün dekabrın 1-də onlayn formatda baş tutacağı gözlənilir.

Keçən ildən səkkiz OPEC+ üzvü (Əlcəzair, İraq, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qazaxıstan, Rusiya və Oman) könüllü olaraq hasilatı azaldıb. Gündə 2,2 milyon barel olan ixtisarlardan bir qismi oktyabrın 1-dən tədricən (ayda 180-200 min barel) dayandırılmalı idi, lakin sentyabrın əvvəlində bu addımın 2 ay müddətinə təxirə salınması qərara alındı.

 

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr