“X” sosial media platformasının sahibi, milyarder İlon Mask Böyük Britaniyanı “qəddar polis dövləti” olmaqda ittiham edib.
Publika.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müttəfiqi və onun yaxın işçi komandasının üzvü olan Mask İngiltərə polisini insanlara irqindən asılı olaraq fərqli davranmaqda ittiham edib.
İngiltərədə ümumi seçkilərin keçirilməsini tələb edən kampaniyada imzaların sayı 2 milyonu keçdikdən sonra Mask “X”dəki paylaşımında daha əvvəl tənqid etdiyi Baş nazir Keir Starmer və hökuməti yenidən hədəfə alıb.
İsveçli bir jurnalistin İngiltərədə yeni ümumi seçki çağırışı edən xalqın başlatdığı kampaniyada imza sayının milyonlara çatdığına dair yazısına istinadən Mask "İngilis xalqı qəddar polis dövlətindən bezdi", - deyə qeyd edib.