AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - emosionallıq və hisslərə qapılmaq işlərinizə zərər vura bilər. Belə davranışın fəsadları yetərincə arzuolunmazdır. Emosiyalarınıza nəzarət etməsəniz, işlərinizdə çətinliklər yaranacaq, planlaşdırılan görüş baş tutmayacaq, yaxınlarınız narazı qalacaqlar.

Buğa - tərəfdaş, müttəfiq, şərik və ya yaxın ətrafınızdakı insanlarla bağlı yenilikləri öyrənməyə hazır olun. Belə bilik sizə çox pis təsir edə bilər. Amma situasiya ilə bağlı dürüst nəticə çıxarmağa imkan verəcək.

Əkizlər - gün ərzində yaxşı əhvalda olmağa çalışın. Bəzi problemləri unutmağa dəyər. İşdə və evdəki çətinliklərə sinə gərin. Ağır situasiyadan çıxış yolu arayın. Köhnə borcun xatırlanması belə, sizi təbdən çıxarmamalıdır.

Xərçəng - peşəkar fəaliyyət müstəvisində ciddi uğura nail olmaq üçün əla şansınız var. Yeni işə başlamaq və ya çalışdığınız məkanda irəliləyişi reallaşdırmaq olar.

Şir - illüziyalara qapılmayın. Niyyətinizi vizuallaşdırın və bu minvalla məqsədə doğru daha bir addım atın. Danışıqlar və müzakirələr üçün ideal gündür. Alış-verişə yollana bilərsiniz. Lakin bədxərclik etməyin. Məsrəfləriniz büdcənizin çərçivələrindən kənara çıxmamalıdır.

Qız - yaşam situasiyaları sizi darıxmağa qoymayacaq. Daim nələrsə baş verir və bu hadisələrin bəziləri xoşagələn deyil. Məntiqli olun, mənasız və yersiz şübhələrə qapılmayın. Belədə uğura nail ola bilərsiniz.

Tərəzi - ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Yaxın ətrafınızdakı insanların qayğılarından hali olsanız, tərəfdaş və şəriklərlə mehriban davransanız, çox işlər görə bilərsiniz. Mövqeyinizi opponentinizə normal şəkildə çatdırmağa can atın. Qeyri-adekvat insanlardan uzaq olun.

Əqrəb - məqsədə çatmaq üçün yaxşı çalışmalı, var qüvvənizlə işləməlisiniz. İntuisiyanıza güvənə bilərsiniz. Müşkül hesab etdiyiniz situasiyadan çıxış yolunu arayanda tələsik qərar qəbul etməyin.

Oxatan - həddən artıq enerjili olmağınıza və çox işləri başa vurmaq istəyinizə rəğmən fəaliyyətinizdə sizdən asılı olmayan əngəllər yarana bilər. Genişmiqyaslı planlar qurmayın. Bütün diqqəti mühüm saydığınız işə yönəldin.

Oğlaq - işgüzar aktivlik səviyyəniz az olmamalıdır. Yeni layihəyə başlamaq, anlaşma və müqavilələri müzakirə etmək, yeni tərəfdaşlarla tanış olmaq mümkündür.

Dolça - təxirə saldığınız işlər və ya ertələdiyiniz layihəni başa vurmaq üçün əlverişli zamandır. Süst davranmayın. Problemləri sürətlə, təxirəsalınmaz şəkildə həll edin. İş qrafikinin dəyişdirilməsinə, fəaliyyətin yenidən təşkilatlanmasına və optimallaşdırılmasına zərurət var.

Balıqlar - günün ilk yarısı ciddi problemlər vəd etməsə də, əhvalınız pozula bilər. Bədbinliyə qapılsanız, mühüm işlərdən birini unuda bilərsiniz. Ədalətin bərpa olunmasını istəyirsinizsə, qayğıkeş və səmimi olmağa çalışın.

Milli.Az

Seçilən
29
mia.az

1Mənbələr