UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tur start götürüb.
QOL.az xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib.
Bütün turnirlər daxil olmaqla ardıcıl 5 oyundur uduzan “Mançester Siti” evdə “Feyenoord”la qarşılaşıb. "Şəhərlilər" bu dəfə qələbəyə yaxın olsalar da, 3:0 hesabını qoruya bilməyiblər. "Feyenoord" son dəqiqələrdə hesabı bəraələşdirə bilib - 3:3.
“Milan” səfərdə “Slovan”a, “Atletiko” Çexiyada “Sparta”ya, “Barselona” isə öz meydanında “Brest”ə qalib gəlib.
Günün maraqla gözlənilən qarşılaşmalarından biri isə Münhendə keçirilib. Burada “Bavariya” Fransa PSJ-sini qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun digər 9 matçı bu gün oynanılacaq.
26 noyabr
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 5-ci tur
21:45 "Slovan" (Slovakiya) – "Milan" (İtaliya) - 2:3
21:45 "Sparta" (Çexiya) – "Atletiko" (İspaniya) - 0:6
00:00 "Barselona" (İspaniya) – "Brest" (Fransa) - 3:0
00:00 "Bayer" (Almaniya) – "Zalsburq" (Avstriya) - 5:0
00:00 "Bavariya" (Almaniya) – PSJ (Fransa) - 1:0
00:00 "İnter" (İtaliya) – "Leyptsiq" (Almaniya) - 1:0
00:00 "Mançester Siti" (İngiltərə) – "Feyenoord" (Niderland) - 3:3
00:00 "Sportinq" (Portuqaliya) – "Arsenal" (İngiltərə) - 1:5
00:00 "Yanq Boyz" (İsveçrə) – "Atalanta" (İtaliya) - 1:6