AZ

Maya Sandu: Moldovanın ilk dəfə Aİ-yə üzv olmaq üçün real şansı var

“Tarixdə ilk dəfə olaraq Moldovanın Avropa İttifaqına üzv olmaq üçün real, nəzərəçarpacaq şansı var”.

Bizim.Media Moldpres-ə istinadla xəbər verir ki, bu sözləri Kişineuda keçirilən Avropa İnteqrasiya Forumunun açılışında ölkə Prezidenti Maya Sandu deyib.

Dövlət başçısı qeyd edib ki, Moldova indi ölkə tarixində yeni səhifəni qeyd edir – Avropa İttifaqına daxil olmaq məqsədi Moldova Respublikasının Konstitusiyasında təsbit olunub.

“Anti-Avropa təbliğatına baxmayaraq, moldovalılar bütün dünyaya Avropa dəyərlərinin bizim dəyərlərimiz olduğunu göstərdilər, Moldova Respublikasının tarixində ilk dəfə olaraq vətəndaşlar Konstitusiya referendumunda qərar qəbul etdilər. Bu qərar bizim, övladlarımızın gələcəyi ilə bağlı qərardır”, - deyə Maya Sandu əlavə edib.

Prezident bildirib ki, Moldovanın son iki ildə Aİ-yə inteqrasiyası digər namizəd ölkələrlə müqayisədə daha yüksək olub.


Bizim.Media

Seçilən
18
bizim.media

1Mənbələr