Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, federasiya ləğv olunub.
Bildirilir ki, muxtar respublikada Azərbaycan Karate Federasiyanın nümayəndəliyi yaradılıb. Nümayəndəliyi rəhbəri isə Nəriman Quliyev təyin edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası 2002-ci il mart ayının 15-də yaradılıb. Federasiyaya Naxçıvan Muxtar Respublikasının bir müddət əvvəl ləğv edilən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi polkovnik Nurlan Pənahov rəhbərlik edirdi.
Xatırladaq ki, noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası da fəaliyyətini dayandırıb.