AZ

Həyatın yaşam sığortasına yatırımlar 500 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında həyatın yaşam sığortası üzrə 501 milyon 232 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 17,9% və ya 76 milyon 151 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 150 milyon 148 min manat və ya 60,1% artaraq 400 milyon 77 min manata çatıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 425,1 milyon manata, ödənişlər isə 249,9 milyon manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
0
1
banco.az

10Mənbələr