AZ

Ermənistan İstintaq Komitəsində xaos: İşçilər yeni rəhbərə görə istefa verir...

Ermənistan İstintaq Komitəsinin bir neçə yüksək rütbəli əməkdaşı gələcək rəhbərin adı məlum olandan sonra istefa ərizəsi yazıb...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın müxalif "Hraparak" qəzeti yazıb.

Nəşr qeyd edir ki, Argişti Kyaramyanın işdən çıxarılmasından sonra İstintaq Komitəsi özünə gələ bilmir. Onun gedişindən sonra İstintaq Komitəsinin hüquq şöbəsinin rəhbəri Artur Vardanyan da bəyanat yazıb və bildirib ki, Kyaramyan gedəndən sonra idarədə işləməyi təsəvvür belə edə bilmir.

"Bizə dedilər ki, Paşinyan yeni rəhbərin Baş prokurorun müavini Artur Poqosyan olacağını elan etdikdən sonra İstintaq Komitəsində əsl xaos başlayıb", deyə nəşr yazıb.

Bir çox işçi prokurorluqdan İstintaq Komitəsinə keçib. Onların bəziləri Poqosyanın Komitəyə rəhbərlik edəcəyini biləndən sonra bəyanat yazıblar.

Qəzet yazır ki, onların arasında bir il əvvəl prokurorluqdan gələn iqtisadi cinayətlər və qaçaqmalçılıq idarəsinin rəisi Arsen Simonyan da var. Məhz Poqosyanla münaqişə zəminində o, İstintaq Komitəsinə gedib və onun tezliklə Komitəyə rəhbər təyin olunmasından xəbər tutaraq, ərizə yazıb.

Simonyan həm də avqustun əvvəlində hakimlikdən təqaüdə çıxan Apellyasiya Məhkəməsinin hakimi Tiqran Simonyanın qardaşıdır.

İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan nəşrə cavab verərək bildirib ki, Komitə öz işini həmişəki kimi davam etdirir:

"Kadr dəyişiklikləri həmişə baş verir, lakin mövcud sistem və quruluşu nəzərə alsaq, onlar işə əhəmiyyətli dərəcədə təsir edə bilməz, daha az xaosa səbəb olur".

Noyabrın 22-də baş nazir Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində Baş prokurorun müavini Artur Poqosyanın İstintaq Komitəsinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Əvvəlki rəhbər Argişti Kyaramyan noyabrın 18-də Paşinyanın tələbilə istefa verib.

Poliqon.info

Seçilən
16
2
poliqon.info

3Mənbələr