AZ

Kişilərdə keçəlliyin səbəbi budur

Keçəllik cəmiyyətin əhəmiyyətli bir hissəsini təsir edən estetik bir vəziyyət kimi diqqəti cəlb edir və bunun arxasında duran səbəblər fərqli ola bilir. Mütəxəssislər saç tökülməsinin həm genetik, həm də ətraf mühit faktorları ilə əlaqəli olduğunu vurğulayırlar.

News24.az xəbər verir ki, ən çox görülən səbəb androgenetik alopesiya kimi tanınan irsi saç tökülməsidir. Kişilərdə "kişi tipi keçəllik" olaraq görülsə də, qadınlarda da oxşar təsir göstərə bilər. Bunun xaricində hormonal dəyişikliklər, xüsusilə tiroid bezinin pozulması və hamiləlik saç tökülməsinə səbəb ola bilər.

Stress, balanssız qidalanma və vitamin çatışmazlığı saç köklərinə mənfi təsir edən və saç tökülməsinə səbəb olan digər mühüm amillər arasındadır. Bundan əlavə, yanlış saç baxım məhsullarının istifadəsi və tez-tez kimyəvi prosedurlar da saçların zəifləməsinə səbəb ola bilər.

Digər tərəfdən bəzi sağlamlıq problemləri də saç tökülməsini artıra bilər. Xüsusilə otoimmün xəstəliklər, dəri infeksiyaları, bəzi dərmanların yan təsirləri saçların seyrəlməsinə və tökülməsinə səbəb ola bilər. Son araşdırmalar spirt istehlakı ilə saç tökülməsi arasında əlaqə olduğunu ortaya qoyub.

Alimlər spirtli içki qəbul edən kişilərin alkoqol içməyənlərə nisbətən keçəlləşmə ehtimalının daha çox olduğunu ifadə ediblər.

Onu da qeyd edək ki, elm adamları dəqiq səbəbi tapa bilməsələr də, bunun spirt metabolizmasının əlavə məhsulu olan asetaldehidlə əlaqəli ola biləcəyini düşünürlər. 

Günel Məlikzadə


Seçilən
15
news24.az

1Mənbələr