AZ

Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda müharibə iştirakçıları qruplaşdırılmalı, döyüşlərdə qısa və uzun müddət iştirak etmiş şəxslər arasında fərq qoyulmalıdır".
"Report" xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Düşünürəm ki, döyüşlərdə qısa və uzun müddət iştirak edən şəxslər arasında fərqin müəyyən edilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik", - deyə o qeyd edib.
Bundan başqa, deputat təklif edib ki, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılsın:
"Bu gün reallıq ondan ibarətdir ki, insanlar, xüsusilə qadınlar müəyyən bir yaşa gəldikdən sonra iş tapmaqda əziyyət çəkirlər. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var".
Seçilən
19
50
oxu.az

10Mənbələr