Bakı. Trend:
Əlilliyə görə pensiyaçılardan sığorta stajı tələb olunur. Hərhalda orada anlaşılmazlıq var. Əlilliyə görə pensiyaya çıxmaq üçünsığorta stajı yalnız həmin şəxsin əmək qabiliyyəti dövrü üçün tələbolunur, əlil olduqdan sonrakı dövr üçün belə bir tələb yoxdur.
Trend xəbərverir ki, bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanıəmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
"Vətəndaş əgər heç vaxt işləməyib, sonradan əlil olursa,əlbəttə, sosial sığorta ödəmədiyinə görə pensiya sisteminə girəbilməyəcək, o, müavinət sisteminə girəcək. Amma əgər vətəndaşişləyib sonradan əlillik qazanıbsa, əmək qabiliyyətli hər ilinəgörə cəmi 4 ay sığorta stajı tələb olunur. Düşünürük ki, bu,kifayət qədər böyük güzəştli yanaşmadır", - deyə nazirbildirib.