AZ

İKTA “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt rabitəsi sahəsindətənzimləyici qurumu olan İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyi (İKTA) “E-Şikayət”in mobil əlavəsiniistifadəyə verib.

Trendxəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiməlumat yayıb.

Bildirilib ki, “Android” və “iOS” əməliyyat sisteminə malikcihazların istifadəçiləri müvafiq olaraq “Googleplay”dən və “APPstore”dan “E-Şikayət”in mobil əlavəsini yükləyərək istifadə edəbilərlər.

İstifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə mobiləlavədə bir sıra funksiyalar yaradılıb. Belə ki, menyudayerləşdirilən “Sürət testi” vasitəsilə istifadəçi “Ookla”şirkətinin rəsmi lisenziyalı “Speedtest” aləti vasitəsilə hazırdaistifadə etdiyi internetin sürətini ölçə bilər. Mobil əlavəvasitəsilə mobil, yaxud sabit genişzolaqlı internetin sürətindənşikayət məktubu yazan şəxs müraciət formasının içərisindəyerləşdirilən “İnternetin sürətini ölç” düyməsinə klikləməklə realsürəti haqqında internet provayderinə və tənzimləyici qurumamüraciət edə bilər.

Eyni zamanda “E-Şikayət”in mobil əlavəsində vətəndaşlara səslişikayət etmək imkanı da yaradılıb. Belə ki, müraciət zamanıistifadəçi “Şikayətin mətni” bölməsində yerləşdirilən xüsusidüyməni sıxmaqla öz şikayətini səsli şəkildə bildirə bilər.Müraciətçiyə seçim hüququnun verilməsi vaxt itkisinin qarşısınıalmaqla yanaşı, vətəndaşın fikirlərini daha rahat bildiyi üsuldaifadə etməyə imkan yaradır.

İKTA xidmət keyfiyyətini və vətəndaş məmnunluğunu artırmaqməqsədilə rəqəmsal transformasiyanı daha da genişləndirməkniyyətindədir və bu prosesdə istifadəçilərin rəyləri mühüməhəmiyyət kəsb edir.

“E-Şikayət” vasitəsilə ümumilikdə “İnternet (GPON, ADSL, LTE vəs.)”, “Telefon rabitəsi”, “Mobil rabitə”, “Mobil internet”,“Universal poçt rabitəsi xidmətləri” və “Sürətli poçt rabitəsixidmətləri” üzrə şikayətlərin qəbulu mümkündür.

2023-cü ilin noyabrında istifadəyə verilən sistem üzərindənvətəndaşlar tərəfindən bu günə qədər ümumilikdə 3700-dən çoxmüraciət daxil olub.

Qeyd edilib ki, İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları vərabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə vənəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Seçilən
3
9
az.trend.az

10Mənbələr