AZ

Trampın hakimiyyət dövrü Azərbaycan-ABŞ münasibətlərində yeni başlanğıc ola bilər - Azər Qarayev

Bakı. Trend:

Donald Trampın yeni hakimiyyət dövrü Azərbaycan-ABŞmünasibətlərində yeni başlanğıc ola bilər.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"2024-cü ilin noyabr ayında ABŞ-də keçirilən prezidentseçkilərinin nəticəsi olaraq, Donald Tramp yenidən prezidentseçildi. Bu təkcə ABŞ üçün deyil, bütün dünya ölkələrinin xaricisiyasəti üçün mühüm siyasi hadisədir. Bu xüsusda, Prezident İlhamƏliyevin Donald Trampa zəng edərək onu təbrik etməsi,Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə olmasınınəlamətidir. Donald Trampın ikinci dəfə prezident seçilməsi,Azərbaycanla ABŞ arasındakı əlaqələrin yeni bir mərhələyə keçməsiüçün böyük bir fürsət yaradır və bu Azərbaycan-ABŞ münasibətlərindəyeni başlanğıc ola bilər", - o bildirib.

Onun sözlərinə görə, Donald Trampın Respublikaçılar partiyasınıtəmsil etməsi də, öz növbəsində, mühüm rol oynayır. Prezident İlhamƏliyevin 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirdiyikimi, bizim Respublikaçılar hakimiyyəti ilə daha nəzərəçarpacaqdərəcədə uğurlu və nəticəyönümlü əlaqələrimiz olub: "Siz mənimAmerika liderləri ilə əlaqələrimə, təmaslarıma nəzər salsanız, bu,aydın olar. Eyni zamanda, Prezident Trampın prezidentliyi dövründəbizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlıhörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksəkqiymətləndirilməsindən ibarət idi".

Politoloq qeyd edib ki, bu səbəbdən də gözləmək olar ki, DonaldTrampın prezidentliyi Azərbaycan-ABŞ münasibətlərində hazırkı iləmüqayisədə kəskin dəyişikliklərə səbəb olsun.

"Donald Trampın ilk prezidentliyi dövründə, Azərbaycan ilə ABŞarasında qarşılıqlı münasibətlər mühüm inkişaf yolunda irəliləyib.Tramp administrasiyasının rəhbərliyi altında enerji sahəsində,xüsusilə Cənub Qaz Dəhlizi və digər strateji layihələrdə əməkdaşlıqdaha da güclənib. ABŞ Azərbaycanın enerji ehtiyatlarının beynəlxalqbazarlara çıxarılmasında dəstəyini artırıb. Azərbaycan həmçinin,Tramp dövründə ABŞ-nin Qafqazdakı ən mühüm tərəfdaşı olaraq öndəoldu. ABŞ və Azərbaycan arasında imzalanan bir sıra müqavilələr vəstrateji razılaşmalar bu münasibətləri daha da möhkəmləndirib", - obildirib.

A.Qarayev vurğulayıb ki, Respublikaçılar partiyası uzun illərdirki, Azərbaycanla münasibətlərin inkişafında mühüm rol oynayıb.Trampın prezidentliyi dövründə, Respublikaçılar partiyasınınAzərbaycanın xarici siyasətinə verdiyi dəstək daha da gücləndi.Demokratlarla müqayisədə, Respublikaçılar, xüsusilə enerjitəhlükəsizliyi və geosiyasi məsələlərdə Azərbaycanın stratejimövqeyini daha çox tanıdılar və bu, ABŞ ilə Azərbaycan arasındamünasibətlərin güclənməsinə şərait yaratdı. Eyni zamanda,Respublikaçılar partiyasının Azərbaycanın Qafqaz və Orta Asiyaregionundakı rolunu yüksək qiymətləndirdiyi də vurğulanmışdı.

"Prezident İlham Əliyevin Donald Trampı dərhal seçkilərdən sonraməktub göndərərək, bir müddət sonra isə zəng edərək təbrik etməsi,yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsinin bir simvoludeyil, həm də Azərbaycan-ABŞ əlaqələrinin gələcəkdə daha da inkişafetməsi üçün bir mesajdır. Gələcəkdə bu münasibətlərin daha dainkişafı, həm regionda, həm də dünya miqyasında daha genişəməkdaşlığa yol açacaqdır", - o əlavə edib.

Seçilən
8
1
az.trend.az

2Mənbələr