AZ

ABŞ və Çin məhbus mübadiləsi aparıb

Vaşinqton və Pekin üç-üç düsturundan istifadə edərək məhbus mübadiləsi aparıb.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” Ağ Evə istinadən məlumat yayıb.

Məlumata görə, Çində cəza çəkən üç amerikalı – David Suidan, Kay Li və Con Lyunq ABŞ-da həbsxanalarda saxlanılan adı açıqlanmayan üç Çin vətəndaşı ilə dəyişdirilib.

Ağ Ev rəsmisi qeyd edib ki, mübadilə Ağ Ev və Dövlət Departamentinin nümayəndələrinin çinli həmkarları ilə uzun illər aparılan danışıqlar nəticəsində baş tutub.

Azpost.info

Seçilən
12
1
azpost.info

2Mənbələr