Aİ ölkələri Respublikaçı Donald Trampın ABŞ-dakı prezidentliyi ərəfəsində gözləmə mövqeyi tutdular. “Politico” qəzeti avropalı rəsmilərə və diplomatlara istinadən yazır ki, xüsusilə, Aİ seçilmiş prezidentin ticarət və təhlükəsizlik sahəsində hansı konkret addımlar atacağını gözləyir.
Nəşrin məlumtına görə, Trampın prezidentliyə gələn kimi Ukraynada münaqişəyə son qoyulacağı ilə bağlı dəfələrlə verdiyi vədlər Ukraynanın avropalı müttəfiqlərinin narahatlığına səbəb olub. Onlar Amerika siyasətində bu cür dəyişikliyin Kiyev üçün nəticələrini düşünürlər. Bundan əlavə, COVID-19 pandemiyası və Ukrayna münaqişəsinin iqtisadi nəticələrini idarə etməyə davam edən Aİ indi ABŞ-ın mümkün yeni tarif siyasətləri ilə üzləşə bilər.
Nəşr yazır ki, Amerikanın planlaşdırılan rüsumları blok ölkələrinin iqtisadiyyatında daha da daralmaya səbəb ola bilər. “Politico” xatırladır ki, Tramp Avropa mallarına 10-20% arasında hərtərəfli tariflər tətbiq edəcəyini vəd edib.
Oxuməni.az