AZ

İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - RƏSMİ REAKSIYA

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun bacısı oğluMurad Ağayev özünə köməkçi təyin etməsi barədə məlumat yayılıb.

İddialarla əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya bildirilib ki, qeyd edilən vəzifədə başqa şəxs çalışır.

Qeyd olunub ki, sosial şəbəkələrdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun öz bacısı oğlu Ağayev Murad Əsgər oğlunu özünə köməkçi təyin etməsi ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır:

İcra başçısı bacısı oğluna yenidən yüksək vəzifə verdi: Əvvəl sürücü işləyib

“Məlumat üçün bildiririk ki, başçının köməkçisi vəzifəsinə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 27.01.2023-cü il tarixli 11 nömrəli Əmri ilə Əsgərli Hikmət Malik oğlu təyin edilib və hazırda həmin vəzifədə işləyir”.

Qeyd edək ki, təyinatla bağlı iddianı Qaynarinfo.az saytı yaymışdı.

Mənbə: avtosfer.az

Seçilən
3
8
avtosfer.az

9Mənbələr