Prezident Ərdoğanın seriallardakı şiddət məzmununa göstərdiyi reaksiyadan sonra RTÜK hərəkətə keçib.
Milli.Az xəbər verir ki, səhər saatlarında toplanan RTÜK üzvləri, Star TV-də yayımlanan Sahipsizler, Now platformasında yayımlanan Yabani, Show TV-də yayımlanan DEHA və Kanal D-də yayımlanan Arka Sokaklar seriallarına proqram dayandırma cəzası verib.
Digər tərəfdən, Acun Ilıcalıya məxsus TV8 və Exxen platformalarına qanunsuz mərc reklamları səbəbilə maksimum həddə pul cəzası tətbiq edilib.
Prezident Ərdoğanın seriallardakı şiddət məzmununa göstərdiyi reaksiya sonrası RTÜK bu günkü iclasında yayımlama dayandırma cəzalarını açıqlayıb. Qərara əsasən aşağıdakı seriallara proqram dayandırma cəzası verilib:
Arka Sokaklar serialının son bölümündəki səhnələrə görə Kanal D-yə maksimum həddən inzibati pul cəzası verilib.
Lille - Fənərbaxça matçında qanunsuz mərc reklamlarına görə TV8 və Exxen platformalarına maksimum həddən pul cəzası tətbiq edilib.
Leganes - Real Madrid matçında qanunsuz mərc və asılılıq yaradan maddələri təşviq edən reklamlar səbəbilə S Sport + platformasına da maksimum həddə pul cəzası verilib.
Lalə Qüdrətova
Milli.Az