Çində güclü zəlzələ baş verib
Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,1 bal gücündə zəlzələ baş verib.
Reyting.az bildirir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinin saytında məlumat yerləşdirilib.
Qeyd olunur ki, seysmik hadisənin episentri Kaşqar mahalından 171 kilometr şimal-şərqdə, yerin 8 kilometr dərinliyində yerləşir.
V. QULİYEV