AZ

COP29 ərəfəsində ən çox kiberhücuma məruz qalan saytlar AÇIQLANIB

COP29 tədbiri çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən davamlı kiberhücumlar müşahidə olunub. Bu kiberhücumların həcminə və sorğu sayına görə böyük əksəriyyəti "cop29.az" internet informasiya ehtiyatına yönəlib, ümumilikdə isə tədbir dövründə XRİTDX tərəfindən bir milyarddan artıq sorğu qeydə alınıb.

Bunu AZƏRTAC-ın COP29 ərəfəsində Azərbaycanın internet resurslarına olan kiberhücumların sayı ilə bağlı sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

"COP29 informasiya ehtiyatlarına yönəlmiş sorğuların 97 faizi kiberhücum məqsədli olması səbəbindən XRİTDX tərəfindən dərhal bloklanması həyata keçirilib. Həmin dövr ərzində COP29 informasiya ehtiyatları ilə yanaşı, digər dövlət qurumlarının informasiya sistemlərinə də kiberhücum cəhdləri müşahidə olunub. Belə ki, "gov.az" zonası üçün domen sisteminə bu müddət ərzində 10 milyondan artıq fərqli IP-lərdən çoxsaylı sorğular göndərərək şəbəkə avadanlığının resurslarını istehlak edib legitim trafikin emalında çətinlik yaradan kiberhücum (“DNS flood”) tipli kibersorğular qeydə alınıb. Eləcə də bir sıra dövlət saytlarına və digər hostinq sistemlərinin informasiya ehtiyatlarına fərqli IP-lərdən irihəcmli paketləri göndərərək şəbəkə kanalını yükləməklə resursları əlçatmaz edən xüsusi hədəfləmiş kiberhücum (volumetrik DDOS hücumları) cəhdləri müşahidə olunub", - deyə XRİTDX-nin məlumatında bildirilir.

Seçilən
6
21
demokrat.az

10Mənbələr