AZ

Türkiyədən Özbəkistana xalça ixracı ötən ilə nisbətən azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədən Özbəkistanaxalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1faiz azalaraq, 5 milyon 295 min 37 dollara bərabər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Özbəkistana 714 min 54 dollarməbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabrayı ilə müqayisədə 32,4 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyəninxalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7faiz artaraq, 2 milyard 86 milyon dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 250 milyon dollar məbləğindəxalça məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı iləmüqayisədə 2,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024)Türkiyə 2 milyard 883 milyon dollar məbləğində xalça məhsullarıixrac edib.

Seçilən
16
5
az.trend.az

10Mənbələr