AZ

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir - əhaliyə XƏBƏRDARLIQ

Image

Günəşdə alışmalar hesabına noyabrın 28-29-da Yerdə geomaqnit qasırğası gözlənilir. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından mətbuata verilən məlumata görə, Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X sinif (R3 - güclü) alışmaların ola biləcəyi proqnozlaşdırılır. Tac dəliklərindən çıxan yüksəksürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq.

Noyabrın 28-də gecə saatlarından başlayaraq 29-u saat 12.00 radələrinədək G1 (mülayim) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir. Həmin dövrdə geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 10 ballıq şkala ilə 4-6 intervalında olacaq. Noyabrın 29-u axşam saat 18.00-dan sonra geomaqnit səviyyə normal fon səviyyəsinə düşəcək.

Mətləb






Seçilən
8
27
baki-xeber.com

10Mənbələr