AZ

İnsan kapitalı ilə bağlı göstəricilər müzakirə olundu - FOTOLAR

Noyabrın 27-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi “İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib. 

"Cebheinfo.az" xəbər verir ki, buu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, nazirlikdə keçirilən iclasda işçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev və Prezident Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev işçi qrupunun ötən dövr üzrə olan ümumi fəaliyyəti, əldə edilmiş uğurlar və gələcək gözləntilər barədə danışıblar. 

Daha sonra Maliyyə Nazirliyinin Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsinin sektor müdiri Şababa Əliyev Qlobal İnnovasiya İndeksinin “2.1.1.Təhsil xərcləri” indikatorunun icra vəziyyətinə dair təqdimat edib. 

İclas işçi qrupun digər üzvləri  Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, İqtisadiyyat Nazirliyinin sektor müdiri Natiq Məmmədli, Dövlət Statistika Komitəsinin Sosial statistika şöbəsinin müdiri Elçin Hacının Qlobal İnnovasiya İndeksinin  aidiyyəti alt-indeksləri üzrə təqdimatları ilə davam edib. 

İclasda İşçi qrupun Fəaliyyət Planına daxil olan hər bir indikatorla bağlı görülmüş işlər, “Qlobal İnnovasiya İndeksi-2024” hesabatı üzrə Azərbaycanın göstəriciləri əvvəlki illərlə müqayisəli təhlil edilib və bu göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə hazırlanmış müvafiq təhlil materialı və digər məsələlər müzakirə olunub.

Yekunda işçi qrupun fəaliyyəti ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” işçi qrupuna rəhbərliyi Elm və Təhsil Nazirliyi həyata keçirir (https://azranking.az/).

"Cebheinfo.az"

Seçilən
8
5
cebheinfo.az

7Mənbələr