AZ

Avropa Parlamenti Rusiyaya qarşı sanksiyaları genişləndirməyə çağırıb

Avropa Parlamentinin üzvləri Ukraynaya dəstək verən qətnamədə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə çağırıblar.

“Avropa Parlamenti Aİ Şurasını… Rusiya üçün xüsusi iqtisadi əhəmiyyət kəsb edən sektorlara (metallurgiya, nüvə, kimya, kənd təsərrüfatı və bankçılıq) qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırır”, – RİA Novosti sənədin mətnindən sitat gətirir.

Bundan əlavə, alüminium, polad, uran, titan və nikelə qarşı sanksiyaların tətbiqi, həmçinin Aİ-yə Rusiya LNG və qalıq yanacaq idxalına tam embarqonun tətbiqi təklif edilir.

Deputatlar həmçinin sanksiyaların müddətinin 6 aydan 3 ilə qədər artırılması təşəbbüsü ilə çıxış ediblər.

Daha əvvəl Reuters xəbər vermişdi ki, Aİ yanvarda Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təklif edə bilər.

DOĞRU.AZ

Seçilən
16
dogru.az

1Mənbələr