AZ

Musa Quliyev: Dünyanın heç bir ölkəsindən pensiya yaşının aşağı salınması tendensiyası yoxdur

Dünyanın bu saat heç bir ölkəsindən pensiya yaşının aşağı salınması tendensiyası yoxdur.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, orta ömür uzanıb: “Eyni zamanda bu, təkcə kiminsə istəyinə bağlı məsələ deyil. DSMF-nin dayanıqlılığı təmin edilməlidir. Burada demoqrafik, sığorta göstəriciləri var. Yaxın 10 ilə qədər bizim DSMF-nin dayanıqlılığı demək olar ki, təmin olunmamışdı. Bizim 200 mindən çox pensiyaçımız var ki, sığortaları pensiya almağa imkan vermir, amma pensiya alırlar. Bir gün sığorta stajı olan adam pensiya almaq hüququ əldə edir. Bu DSMF-nin hesabınadır”.

Seçilən
11
1
apa.az

10Mənbələr