Avropa Parlamentinin üzvləri Ukraynanı dəstəkləmək üçün qəbul etdikləri qətnamədə Avropa Komissiyasından Ukrayna üçün 2027-ci ildən sonra yeni uzunmüddətli maliyyə planı təklif etməyi xahiş etmək niyyətindədirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AP-nin saytındakı sənəd layihəsində deyilir.
Məlumata görə, parlamentarilər həmçinin dondurulmuş Rusiya dövlətinin aktivlərinin müsadirə edilməsinə imkan verən etibarlı hüquqi rejim çərçivəsində həll yollarının işlənib hazırlanmasına çağırırlar.
Mina Mikayılova