AZ

Tacikistan prezidenti Qazaxıstana səfər edib

Bakı,TurkicWorld

Tacikistan prezidenti Emoməli Rəhmon Astanaya gedib.

TurkicWorld xəbər verir ki, noyabrın 28-də Astanada KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin , Belarus prezidenti Aleksandr Lukaşenko və Qırğızıstan prezidenti Sadır Japarov Qazaxıstanın paytaxtına gəliblər .

Onlar KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcəklər.

Ölkələrin liderləri beynəlxalq və regional vəziyyət, onun KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə təsiri barədə fikir mübadiləsi aparacaq, əməkdaşlığın nəticələrini və kollektiv təhlükəsizlik sisteminin gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Sammitin yekunları üzrə tərəflər bir sıra sənədlər imzalamağı planlaşdırırlar.

Bundan əlavə, noyabrın 28-də Astanada Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası keçiriləcək.

Seçilən
54
48
turkic.world

10Mənbələr