ABŞ, Avstraliya və bir çox Avropa ölkəsi uşaqlara sosial media qadağası tətbiq edərkən, Türkiyə də uşaqları rəqəmsal mediadakı təhlükələrdən qorumaq üçün addımlar atır.
AZXEBER.COM xarici mətbuata stiadən xəbər verir ki, Türkiyə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 13 yaşından kiçik uşaqların sosial media proqramlarından və sosial şəbəkələrdən istifadəsini qadağan etmək üçün çalışır.
Ailə və Sosial Xidmətlər Nazirliyi də Türkiyə Böyük Millət Məclisi ilə birlikdə uşaqların smartfon istifadəsini məhdudlaşdırmaq üçün addımlar atır.
Dünyanın bir çox ölkələrində uşaqların sosial şəbəklərdən uzaqlaşdırılması yönündə bəzi tədbirlər görülür.
AZXEBER.COM həmin araşdırmanı təqdim edir:
Çində 16 yaşından kiçik uşaqlar valideynlərinin icazəsi ilə sosial media hesabı açmalıdırlar. Saat 22.00-dan 06.00-dək mobil cihazlara və internetə giriş qadağandır.
ABŞ-nin bəzi ştatlarında 14 yaşından kiçiklər üçün sosial mediadan istifadə qadağandır.
Fransada da sosial mediaya daxil olmaq üçün 15 yaşdan kiçiklər üçün valideyn razılığı tələb olunur.
Cənubi Koreya Gecə saat 24.00-dan 06.00-a qədər 16 yaşından kiçik uşaqlar üçün onlayn oyunları qadağan edib.
İngiltərə və Rusiyada 13 yaşdan aşağı uşaqların onlayn platformalarda hesab açması məhdudlaşdırılıb.
İtaliyada 14 yaşından balacalara mobil telefona sahib olmaq, 16 yaşından kiçiklərə isə sosial mediada profil açmaq, Avstraliyada 14 yaşından kiçiklər üçün sosial mediada qeydiyyatdan keçmək qadağandır. Qadağaya əməl etməyənlərə qarşı ciddi cəzalar və sanksiyalar tətbiq edilir. 16 yaşlı gənclər üçün hüquq təhsili aparılır.
İrlandiya və Yunanıstanda isə 16 yaşından aşağı olan yeniyetmələrin smartfonlardan istifadəsinə tam qadağa qoyulması haqda müzakirələr gedir.
Aysel Hacızadə