Türkiyə daxilində və onun sərhədlərindən xaricində, o cümlədən, İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlar nəticəsində son bir həftədə 72 terrorçu zərərsizləşdirilib. Bununla da cari ilin əvvəlindən bu günə qədər zərərsizləşdirilən terrorçuların ümumi sayı 2 611 nəfər olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən təşkil olunan mətbuat konfransında bildirilib.
“1 yanvar tarixindən etibarən həyata keçirilən əməliyyatlar çərçivəsində İraq və Suriyanın şimalı da daxil olmaqla, 2 611 terrorçu zərərsizləşdirilib, onlardan 72-si son bir həftə ərzində öldürülüb.
Bu əməliyyatlar, terrorizmlə mübarizə çərçivəsində Türkiyənin sərhəd təhlükəsizliyinin təmin edilməsi və bölgədə sabitliyin qorunmasına töhfə vermək məqsədilə həyata keçirilir”, - məlumatda deyilir.