AZ

"Real Madrid" "Xetafe"ni 2:0 məğlub edib

Bakı. Trend:

İspaniya La Liqasının 15-ci turunda "Real Madrid" və "Xetafe"komandaları qarşılaşıb.

Trend-inməlumatına görə, "Santyaqo Bernabeu" stadionunda keçirilən matçda"Real Madrid" 2:0 hesabı ilə qalib gəlib. İlk yarıda, 30-cudəqiqədə "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem penaltiniqola çevirərək hesabı açıb. 8 dəqiqə sonra isə Kilian Mbappe fərqiartırıb və matçın yekununda qalibiyyətin təməlini qoyub.

Bu nəticə ilə "Real Madrid" 15 matçdan sonra 33 xalla La Liqanınturnir cədvəlində ikinci yerdə yer alır. "Xetafe" isə 13 xalla17-ci sıradadır. İspaniya çempionatının turnir cədvəlinə isə 34xalla "Barselona" başçılıq edir.

Seçilən
118
50
az.trend.az

10Mənbələr