AZ

Nigeriyada oğurlanmış neft ələ keçirilib

Afrika qitəsinin neft və təbii qazla zəngin ölkəsi Nigeriyada 1,2 milyon litr oğurlanmış neft müsadirə edilib.

"Cebheinfo.az" xəbər verir ki, Nigeriya Ordusunun İctimaiyyətlə Əlaqələr Direktorunun müavini Danjuma Jonah Danjuma ordunun ölkənin neft bölgəsi olan Niger Deltasında neft qaçaqmalçılarına qarşı əməliyyatlarını davam etdirdiyini açıqlayıb.

Danjuma əməliyyatlar zamanı daha 56 qeyri-qanuni neft emalı obyektinin məhv edildiyini və 1,2 milyon litr oğurlanmış neftin ələ keçirildiyini bildirib.

Əməliyyatlar zamanı 17 neft qaçaqmalçısının saxlanıldığını bildirən Danjuma, qaçaqmalçılara aid 20 qayığın da ələ keçirildiyi barədə məlumat paylaşıb.

Nigeriyada neft oğurluğu ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

Nigeriyalı senator Ned Nvoko ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar səbəbindən 2023-cü ildə 3 milyard dollardan çox ziyan dəydiyini açıqlayıb.

Seçilən
101
30
cebheinfo.az

10Mənbələr