AZ

Əli Əhmədov: Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbəmizdə Heydər Əliyev ideyalarının vacib rolu var

“Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbəmizin qazanılmasında məhz Heydər Əliyev ideyalarının vacib rolu var".

“İki sahil” xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” İdarəçilik Marafonu adlı tədbirdəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ümumilli Lider müstəqil Azərbaycan dövlətinin sağlam təməlinin nə dərəcədə möhkəm qoyduğunu bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlərdən aydın görmək mümkündür: "Heydər Əliyevin ən önəm verdiyi əsas məqam hər bir sahədə peşəkarlığın olması idi. Dövlətin öz məqsədlərinə çatmasında vacib amil də məhz peşəkarlıqdır. Bu baxımdan Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin iqtisadi, siyasi, sosial, mədəni və bir çox sahələrdə inkişaf etməsi və dirçəlməsi üçün peşəkar kadrların yaradılmasına xüsusi önəm verdi. Kadr potensialının yaradılması üçün bir çox islahatlar həyata keçirdi və dövlətə xidmət edən insanlar ordusunu yetişdirdi”.

Ə.Əhmədov bildirib ki, Ümummilli Lider Heydər Əliyev dövrünün ən vacib siyasət adamlarından biri olub: “Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə baş verən bütün müsbət dəyişikliklər məhz onun adı ilə bağlıdır. Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbəmizin qazanılmasında məhz Heydər Əliyev ideyalarının vacib rolu var. Ulu Öndərin siyasi fəaliyyətinin əsas amalı Azərbaycana xidmət etmək olub, hansısa sistemə yox. Bu mənada Heydər Əliyevin uzun siyasi fəaliyyətini təhlil edərkən onun vətənini sevən, xalqına xidmət edən bir şəxsiyyət olduğu aydın görünür”.

Seçilən
168
12
ikisahil.az

10Mənbələr