AZ

Naiba Allahverdiyeva estetik əməliyyat etdirib?

Xalq artisti Naibə Allahverdiyevanın sosial şəbəkədə paylaşdığı yeni fotosu böyük müzakirəyə səbəb olub. İzləyicilərdən bəziləri aktrisanın estetik əməliyyat etdirdiyini bildirib. Amma aktrisa bu deyilənlərin heç birini qəbul etmir. 

Xalq artisti Qaynarinfo-ya açıqlamasında estetik əməliyyat etdirmədiyini bildirib:

"Nə əməliyyat? Xəstədilər? Əməliyyat etdirməmişəm. Şəkilə görə deyirlərsə, xatırladım ki, mənim həmişə bədən quruluşum belə olub. Son aylarda bir az arıqlamşam. Bilirsiniz ki, ayaqlarımda ağrılarım var. Həkim arıqlamağı məsləhət bildi. Mən də bu üzdən dieta saxladım. Təxminən 15 kiloqram arıqlamışam".

Naibə Allahverdiyeva deyir ki, kimin nə danışması onu qəti maraqlandırmır. 


Seçilən
25
6
news24.az

7Mənbələr